13 nəfəri ildırım vurdu

Son bir neçə həftə ərzində Hindistanın şimal-şərqindəki Assam ştatında kəskin hava şəraiti nəticəsində azı 23 nəfər həlak olub.

ONN media xəbər verir ki, 13 nəfər ildırım vurması nəticəsində həlak olub, 10 nəfər isə güclü küləyin qurbanı olub.

Ümumilikdə bu ilin əvvəlindən 23 minə yaxın ailə kəskin hava şəraitindən ziyan çəkib.

Ştat hökuməti ölənlərin ailəsinə 6 min dollara yaxın təzminat ödəyib.