ONN İnformasiya Agentliyi

2 ildir xəbər yox idi görün necə tapıldı

2 ildir xəbər yox idi görün necə tapıldı
20 Aprel 2019 - 1:40

Moskvadan 128 kilometr məsafədə yerləşən meşəlik ərazidə bir ağaca zəncirlənmiş insan skeleti tapılıb.

ONN media xəbər verir ki, skeletin 2 ildir itkin düşmüş rus səyyaha aid olduğu deyilib.

Rusiyanın paytaxtı Moskvada yaşayan 31 yaşlı İvan Klyucharyov uzun illərdir Rusiyanın müxtəlif bölgələrini gəzərək çəkdiyi fotoları sosial media hesabında yayımlayırdı.

Təbiət və tarix həvəskarı olan adam Rusiyaya aid gizli təbiət gözəlliklərini və tarixi məkanları kəşf edərək öz izləyiciləri ilə paylaşırdı. Ətrafında çox sevilən səyyah 2017-ci ilin may ayında Şatura bölgəsindəki Çerusti kəndinə səyahət edib. Buradakı kəndləri və meşəlik əraziləri gəzən səyyahdan bir daha xəbər alınmayıb.

Evinə geri dönməyən adamın anası polisə gedərək itkin elanı verib. Rus polisi bütün axtarışlara baxmayaraq onun izini tapa bilməyiblər.

Səyyahın ağaca qandallanmış və sadəcə skelet halında qalmış cəsədi tapıldıqdan sonra müayinəyə göndərilib. 2017-ci ilin may ayında itən adamın 2018-ci ilin aprel ayında öldüyü müəyyən olunub.

Rus polisinin hadisə yerində apardığı araşdırmada adamın özünü ağaca bağladığı, qandalının açarını yerə atdığı və bir müddət sonra açarı götürmək üçün çalışdığı, amma bunu bacarmadığı bildirilib.

Səyyahın ətrafında aparılan araşdırmada da onun özünü meşə şəraitinə öyrəşdirmək üçün tez-tez belə təcrübələr apardığı da deyilib.

Cəsədin yaxınlığında səyyaha aid olan yemək, içki, çadır və geyimlər tapılıb. Hadisə ilə bağlı araşdırma davam etdirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
2 ildir xəbər yox idi görün necə tapıldı
2 ildir xəbər yox idi görün necə tapıldı
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png