ONN İnformasiya Agentliyi

9 mindən çox insan evsiz qaldı

9 mindən çox insan evsiz qaldı
20 İyun 2019 - 13:49
Kanadanın Alberta əyalətində 9 mindən çox insan meşə yanğınları səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
ONN media xəbər verir ki, bu barədə “Global News” portalı məlumat yayıb.
Bildirilir ki, bölgədə son 40 ilin ən güclü quraqlığı yaşanıb, meşə yanğınları may ayının sonundan etibarən tüğyan edir.
Bazar ertəsi əyalətdə üç rayon təxliyyə olunub, yanğının miqyası isə genişlənməkdə davam edir. Nəşrin bildirdiyinə görə, yanğın 324 min ha ərazini əhatə edir.
Hazırda 2400-dən çox yanğınsöndürən Alberta ərazisində meşə yanğınları ilə mübarizəyə cəlb olunub.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png