ABŞ Çinin öhdəsində gələ bilmir?

Dünya iqtisadiyyatında ABŞ-ın çəkisi azalır.

ONN media xəbər verir ki, bu sözləri türkiyəli professor Hayri Kozanoğlu müsahibəsində deyib.

O bildirib ki, hegemon gücünü itirməkdə olan Amerika rezerv vəsait və hərbi büdcə ilə gücünü qorumağa çalışır:

“Çin isə rəqabətin təməlində kapitalist qloballaşma ilə yeni status-kvo formalaşdırıb. Dünya 10 il öncə təxmin edə bilməyəcəyimiz vəziyyətdədir. ABŞ-ın Çini mühasirəyə almaq cəhdləri əslində yeni deyil. Artıq imkanlar gərilib”.

Professor onu da əlavə edib ki, ABŞ artıq NATO müttəfiqlərinə diktə edə bilmir və ittifaq daxilində çatlar əmələ gəlməkdədir.axar.az