ONN İnformasiya Agentliyi

Afrikada məşhur aktyora hücum edildi

Afrikada məşhur aktyora hücum edildi
18 May 2019 - 23:08

Tanınmış aktyor, ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarseneggerə hücum edilib.

ONN media xəbər verir ki, hadisə Cənubi Afrika Respublikasında bodibildinq üzrə keçirilən “Arnold Klassik” yarışında baş verib.

Belə ki, naməlum şəxs qaçaraq tullanıb və ayaqları ilə aktyorun kürəyinə zərbə endirib. Şvarsenegger aldığı zərbədən yıxılıb.

Hücum edən şəxs mühafizə xidmətinin əməkdaşı tərəfindən saxlanılıb.

Aktyor hadisə zamanı xəsarət almayıb. O, bir neçə dəqiqədən sonra öz yerinə qayıdıb və seyrçilərlə ünsiyyətini davam ertdirib.

Daha əvvəl Rusiyalı qrossmeyster Sergey Karyakin aktyor Arnold Şvarseneggerə çempionatda istifadə ediləcək analoji şahmat dəstini hədiyyə edib./report

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png