ONN İnformasiya Agentliyi

Ahmet Kural bunu etdiyini açıqladı

Ahmet Kural bunu etdiyini  açıqladı
16 Mart 2019 - 22:44

Müğənni Sılanı döydüyü iddia edilən aktyor Ahmet Kuralın narkotik maddə istifadə etdiyi və 10 ay həbs cəzası verildiyi, amma sərbəst qaldığı haqda xəbər yayılıb. 


ONN media xəbər verir ki, Kural bu haqda açıqlama verib. Xəbərlərin doğru olduğunu deyən aktyor “Hər kəsin keçmişdə xətaları var” sözlərini deyib.

Kural daha sonra bunla bağlı suallara “Hər insan kimi mənim də keçmişdə etdiyim nələrsə, olub. İstər maraq, istərsə də kiməsə oxşamağa çalışmaq deyin. 10 il əvvəl – 2009-cu ildə istənməyən belə bir hal yaşadım. Məhkəmə prosesi 2014-cü ildə bağlanmışdı. İndi yeni bir məhkəmə prosesi yaşayıram” cavabını verib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png