ONN İnformasiya Agentliyi

Belçikada 20 yanvar şəhidləri anılıb

Belçikada 20 yanvar şəhidləri anılıb
20 Yanvar 2019 - 19:12

ONN media-nın Belçika – Azərbaycan Dostluq Cəmiyyətinin Sədri Ayxan Dəmirçidən aldığı məlumata əsasən bildirir ki, 20 Yanvar 1990 şəhidləri  29-cu İldönümündə Belçikanın Xam şəhərində sərgi  təşkil edilərək anma mərasimi keçirilib.

Belçika – Azərbaycan Dostluq Cəmiyyətinin Sədri Ayxan Dəmirçinin rəhbərliyi altında həyata keçirilən sərgi də Azərbaycanlı Rəssam Əli Seiran İmamzadənin  yağlı boya ilə çəkdiyi həmin qanlı yanvar gününə aid və Azərbaycan mədəniyyətilə bağlı rəsmləri maraqla izlənilib.

Keçirilən anma mərasimində Azərbaycan Respublikasının Brüsseldəki Səfiri Fuad İsgəndərov, Azərbaycanın NATO yanında Şəfiri Qaya Məmədov, Xam bələdiyyə Sədri Dirk Devis, BTMB Qurucu Sədri Hüseyn Dönməz, Gent Türkocağı Fəxri Sədri Rəcəb Tuncer Sarı, Music Club Sədri İsmayıl Erdoğdu, CHP Belçika İttifaqı Gent Nümayəndəsi Bilal Özcan və Avropada yaşayan Azərbaycan və Türkiyə vətəndaşları ilə birgə yerli əhalidəndə iştirak etmişdirlər.

İlk olaraq tanınmış jurnalist və televiziya proqramları prodyuseri Hüseyn Dönməz tədbiri açaraq şəhidlərin xatirəsini  1 dəqiqə sükütla yad etməyi təklif etdi. Dönməz çıxışında 1990-cı ildə Sovet İmperiyasının 20 yanvarda törətdiyi qatliyamdan toplantı iştirakçılarına geniş tarixi məlumat verdi.  

BADC Sədri Ayxan Dəmirçi də öz növbəsində dəvətliləri salamlayaraq 20 yanvar hadisəsinin tariximizin şanlı səhifəsindən biri  olması haqda iştirakçılara geniş məlumat verdi.

Daha sonra Səfirlər İsgəndərov və Mamadov da ingilis dilində həmin günün mahiyyətini toplantı iştirakçılarına çatdırdılar.

Proqrama ev sahibliyi edən Xam bələdiyyə Sədri Dirk Devisdə öz növbəsində 20 Yanvar 1990-ci ildə Bakıda xalqa qarşı törədilən bu qətliamı pislədi.

Fəridə QAFARQIZI

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Belçikada 20 yanvar şəhidləri anılıb
Belçikada 20 yanvar şəhidləri anılıb
Belçikada 20 yanvar şəhidləri anılıb
Belçikada 20 yanvar şəhidləri anılıb
Belçikada 20 yanvar şəhidləri anılıb
Belçikada 20 yanvar şəhidləri anılıb
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png