ONN İnformasiya Agentliyi

Bu gün dünyanın gözü Moskvada: Putin cavab verəcək

Bu gün dünyanın gözü Moskvada: Putin cavab verəcək
20 İyun 2019 - 11:35

Bu gün Rusiya Prezidenti Valdimir Putin 17-ci dəfə birbaşa efirdə sualları cavablandıracaq.

ONN media xəbər verir ki, dövlət başçısının Rusiya vətəndaşları ilə canlı təması günorta başlayacaq və “Birinci kanal”, “Rusiya 1”, “Rusiya 24”, “NTV”, “OTP”, “MİR” telekanalları, “Mayak”, “Vesti FM” və “Radio Rossii” radioları ilə birbaşa yayımlanacaq.

Vladimir Putin canlı efirdə sualları cavablandırmaq ənənəsinin əsasını ilk prezidentliyi dövründə, 2001-ci ildə qoyub.

Həmin vaxt prezidentə 400 min sual ünvanlanmış, 2 saat yarım zaman ərzində dövlət başçısı yalnız 47 suala cavab verə bilmişdi.

Ötən il isə prezident 4 saat 20 dəqiqəlik canlı yayımda 2 milyondan artıq sualdan 74-nü cavablandırmışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png