Bütün dünya bu 20 nəfəri axtaracaq

İNTERPOL (Beynəlxalq Polis Təşkilatı) Camal Qaşıqçı cinayəti ilə bağlı Türkiyənin tələbini qəbul edib.

ONN media xəbər verir ki, İNTERPOL səudiyyəli jurnalistin qətlində şübhəli bilinən 20 nəfər barəsində qırmızı bülleten çıxarıb.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülüb.(publika)