ONN İnformasiya Agentliyi

Çavuşoğlu və Pompeo telefonda danışdı – Nələr müzakirə edildi?

Çavuşoğlu və Pompeo telefonda danışdı – Nələr müzakirə edildi?
12 Yanvar 2019 - 22:47

ABŞ dövlət katibi Mayk Pompeo və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu telefon danışığı aparıb.

ONN media xəbər verir ki, rəsmilər Suriyadakı vəziyyəti müzakirə ediblər.

Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Robert Palladino bildirib.

Rəsmilər ABŞ-ın Suriyadan qoşunlarının çıxardılmasının bir hissəsi kimi iki ölkələr arasında məsləhətləşmələrin vacibliyini qeyd ediblər.

Pompeo telefon danışığında həmçinin Türkiyə-Suriya sərhədində Türkiyənin təhlükəsizlik məsələlərinin həll olunmasına ABŞ-ın sadiq olduğunu deyib. Pompeo bundan başqa ABŞ və İŞİD-lə mübarizə aparan beynəlxalq koalisiya ilə işləyən qüvvələrin də müdafiə olunmasının lazım olduğunu bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png