ONN İnformasiya Agentliyi

Çeçenistanda Avropanın ən böyük məscidi açılacaq

Çeçenistanda Avropanın ən böyük məscidi açılacaq
19 May 2019 - 12:21

Avqustun 23-də Çeçenistanın Şali şəhərində 20 min nəfər tutumu olan Avropanın ən böyük məscidi, həmçinin Quran hafizləri məktəbinin açılış mərasimi baş tutacaq.

ONN media bildirir ki, Çeçenistan Prezidenti Ramzan Kadırov məscidin inşasının demək olar ki, başa çatdığını və hazırda ətraf ərazidə abadlaşdırılma işlərinin aparıldığını deyib.

“Bu möhtəşəm kompleks nəinki Şalinin yaraşığı, həm də respublikanın ən cəlbedici yerlərindən biri olacaq”, – deyə Çeçenistan rəhbəri bildirib.

Tikintisinə 2012-ci ilin dekabrında başlanılan məscid 5 hektardan artıq ərazidə inşa edilib. Günbəzinin hündürlüyü 43 metrə çatan məscidin ətraflarında hər biri 63 metr hündürlüyündə 4 minarə ucaldılıb. İbadətgahın ərazisini 12 fəvvarə bəzəyəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png