ONN İnformasiya Agentliyi

Ermənistanda vəziyyət pisləşir

Ermənistanda vəziyyət pisləşir
15 Aprel 2019 - 12:28

Ermənistan hökuməti daxili borclanmasını aktiv şəkildə artırır.

ONN media xəbər verir ki, bu məlumatı “168 Jam” qəzeti yayıb. Məlumata görə, son 3 ay ərzində ölkənin daxili borclanması 56 milyon dollara qədər artırılıb. Qəzet hələlik ölkənin niyə daxili borclanmanı artırmasına aydınlıq gətirilmədiyini bildirib.

Qeyd edək ki, Ermənistanın hazırda dövlət borcu 6,934 milyard dollardır. Belə ki, cari ilin ilk rübündə İrəvan xarici borclanmasını cəmi 12 milyon dollar artırıb.

Bundan öncə Ermənistan mətbuatı rəsmi İrəvanın il ərzində təxminən yarım milyard xarici borc almağı və dövlət borcunu 7,4 milyarda çatdırmağı planlaşdırdığı barədə məlumat yaymışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png