ONN İnformasiya Agentliyi

Gürcüstan parlamentində dava: iqtidarla müxalifət üz-üzə – Video

Gürcüstan parlamentində dava: iqtidarla müxalifət üz-üzə – Video
25 İyun 2019 - 13:43

Gürcüstan parlamentində dava düşüb.

ONN media xəbər verir ki, dava hakim Gürcü Arzusu Partiyası ilə Vahid Milli Hərəkat və Avropa Gürcüstanı partiyalarının deputatları arasında yaşanıb.

Davaya səbəb müxalifətin parlamentin birinci vitse-spikeri Tamara Cuqoşvilidən etirazçıların tələblərinin, o cümlədən Daxili İşlər naziri Georgi Qaxariyanın istefasının müzakirə edilməsini istəməsi olub. Bundan sonra deputatlar arasında dava yaşanıb və Cuqoşvili texniki fasilə elan edib. Müxalif deputatlar isə etiraz olaraq iclas zalını tərk ediblər.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png