Hande Erçelin anasının dəfn mərasimindən GÖRÜNTÜLƏR

Aktrisa Hande Erçelin anası Aylin Erçelin vida mərasimi baş tutub.

ONN media xəbər verir ki, aktrisanın bir müddətdir xərçəng xəstəliyi ilə mübarizə aparan anası dünən səhər saatlarında xəstəxanada vəfat edib. Məşhurun anasının dəfn mərasimi bu gün baş tutub. Zinirlikuyu məscidində qılınan cəzanə namazından sonra Aylin Erçel Zincirlikuyu qəbristamlığında dəfn ediləcək. Vida mərasimindən bir neçə kadr sosial şəbəkədə yayılıb.

Məlum olub ki, anasının ölümündən sarsılan aktrisanın halı pisləşib və xəstəxanaya aparılıb. Ulduzun keçmiş müğənni sevgilisi Murad Dalkılıçın acı günündə Hande Erçeli tək qoymadığı da üzə çıxıb.(publika.az)