Hava taksisi sınaqdan keçiriləcək

Sinqapur Mülki Aviasiya İdarəsi bu il ərzində hava taksisini sınaqdan keçirməyi planlaşdırır.

ONN media bildirir ki, hava taksisi avtomobil ölçüsündə kiçik uçan aparat formasında hazırlanıb. Hava nəqliyyatı saatda 160 km-dən çox məsafə qət edə biləcək.

Uçuş və yerə enmə vertikal vəziyyətdə həyata keçiriləcək. İdarəetmə məsafədən və ya tamamilə avtonom həyata keçirilir.