ONN İnformasiya Agentliyi

“Huawei”ə BÖYÜK ZƏRBƏ

“Huawei”ə BÖYÜK ZƏRBƏ
17 İyun 2019 - 17:12

ABŞ hökumətinin “Huawei” şirkətini “qara siyahı”ya salmaq qərarından sonra şirkətin yaxın iki ildəki gəliri 30 milyard dollar azalacaq.

ONN media xəbər verir ki, bunu şirkətin banisi və rəhbəri Ren Jenqfei canlı yayımda bildirib.

“Çox güman ki, yaxın iki il ərzində istehsalı azaldacağıq, gəlirimiz də daha əvvəlki proqnozlara nisbətən 30 milyard dollar az olacaq”, – deyə şirkətin rəhbəri qeyd edib.

1987-ci ildə yaradılan “Huawei” şirkəti telerabitə avadanlığı, smartfonlar və cihazlar istehsal edir. Ötən ilin avqust ayında ABŞ prezidenti Donald Tramp məxfi məlumatlar toplamaqda ittihamlar irəli sürüldüyü “Huawei” şirkətinin məhsullarının hökumət idarələrində istifadəsinə qadağa qoyan fərman imzalamışdı. Şirkət bunu qanuni hüquqlarına qəsd olaraq qiymətləndirərək nəticədə ABŞ-ın 5G texnologiyasının tətbiqində geri qalacağını açıqlamışdı.

Bu il may ayının 15-də prezident Tramp ölkəsinin informasiya məkanını xarici təhdidlərdən qorumaq məqsədilə fövqəladə rejimin tətbiqi haqqında fərman imzalayıb. Mayın 17-də isə hökumət “Huawei” şirkətini milli təhlükəsizliyə təhlükə yaratdığına görə “qara siyahı”ya salıb.(report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png