ONN İnformasiya Agentliyi

İmamoğluna “xeyirli olsun” dedim, amma… – Binəli Yıldırım

İmamoğluna “xeyirli olsun” dedim, amma… – Binəli Yıldırım
19 Aprel 2019 - 22:50

İstanbul Böyükşəhər bələdiyyəsi uğrunda mübarizədə uduzan hakim Ədalət və İnkişaf Partiyasının namizədi Binali Yıldırım rəqibi Əkrəm İmamoğlunu yenidən təbrik edib.

ONN media Teleqraf.com-a istinadən xəbər verir ki, o, bundan sonra da Türkiyə üçün çalışacağını söyləyib.

“Bu gün Bərat qəndilidir. Əkrəm İmamoğluna da xeyirli olsun dedim. Eşitməyənlər üçün bir daha söyləyirəm: Xeyirli olsun. Amma partiyamızın və Milliyyətçi Hərəkat Partiyasının Yüksək Seçki Qurumuna etiraz prosesi davam edir. Heç vaxt kreslo dalınca qaçmamışam. Mənim üçün ən böyük vəzifə insanların könlündəki yerdir, mən hələ də İzmirin deputatıyam. Daim ölkəmə xidmət göstərmişəm, vəzifəm hansı olur-olsun, xidmət göstərməyə davam edəcəyəm”, – deyə Binayli Yıldırım söyləyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png