İran nüvə sazişindən çıxacaq? – RƏSMİ CAVAB

İran hökumətinin yaxın zamanlarda nüvə sazişindən çıxacağı barədə xəbərlər həqiqətə uyğun deyil.

ONN media Trend-ə istinadla xəbər verir ki, bunu İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi deyib.

M.Vaezi ölkə KİV-lərini informasiya yayarkən diqqətli olmağa və İranın düşmənləri üçün tribunaya çevrilməməyə çağırıb:

“Son vaxtlar İranın yaxın zamanlarda nüvə sazişini tərk edəcəyi barədə yayılmış xəbərlər əsassızdır və bunların məqsədi dezinformasiya yaymaqla ölkənin milli maraqlarına ziyan vurmaqdır”.