ONN İnformasiya Agentliyi

İstanbul metrosunda “Qanlı Yanvar” adlı fotosərgi təşkil olunub

İstanbul metrosunda “Qanlı Yanvar” adlı fotosərgi təşkil olunub
20 Yanvar 2019 - 11:43

ONN media xəbər verir ki, Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə İstanbulun “Yeni Qapı” metro qovşağının ən hərəkətli keçidində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar “Qanlı Yanvar” adlı fotosərgi təşkil olunub.

Fotosərgi üç çıxış və üç giriş qapısı olan metro qovşağının mərkəzi keçidindədir.

İki gün davam edəcək sərginin açılışında Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, konsulluq əməkdaşları, Türkiyənin öndəgedən media nümayəndələri iştirak edib.

Baş konsul Məsim Hacıyev “Report”a açıqlamasında bildirib ki, sərginin bu metro qovşağında təşkil olunmasında məqsəd 20 Yanvar faciəsini Türkiyə ictimaiyyəti ilə yanaşı, dünyaya da, tanıtmaqdır.

Metrodan istifadə edən sərnişinlər sərgidə nümayiş olunan fotoşəkilləri ürək ağrısıyla izləyiblər. Onlar 20 Yanvar faicəsini törədənləri hiddətlə qınayıb, dünyanı bu vəhşiliyi görməyə çağırıblar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png