İstanbulda bomba HƏYƏCANI

Türkiyənin İstanbul şəhərinin Ümraniyə rayonunda bomba həyəcanı yaşanıb.

ONN media xəbər verir ki, meşəlik bir sahədə bomba tapılıb. Bombanı ərazidə çalışan təmizlik işçiləri aşkarlayıb.

Polis ərazidə təhlükəsizlik tədbirləri görüb. Nəqliyyatın hərəkəti də dayandırılıb. Əraziyə sapyorlar cəlb edilib, daha sonra təhlükəsiz bir şəkildə bomba partladılıb.