ONN İnformasiya Agentliyi

Koçaryanın cinayət işi məhkəməyə göndərildi

Koçaryanın cinayət işi məhkəməyə göndərildi
22 Aprel 2019 - 22:44

Ermənistan Xüsusi İstintaq Xidməti sabiq prezident Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, baş nazirin sabiq müavini Armen Gevorkyan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi Yuri Xaçaturova qarşı ittiham aktları məhkəməyə göndərilib.

ONN media Teleqraf.com-a istinadən xəbər verir ki, sabiq dövlət başçısına qarşı konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, A.Gevorkyana qarşı konstitusiya quruluşunun devrilməsində əlbir olmaq, külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmaq, digər iki nəfərə isə konstitusiya quruluşunu devirmək barədə ittihamlar irəli sürülüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png