Koçaryanın daha 2 ay həbsdə qalması istənildi

Ermənistanın Xüsusi İstintaq Komitəsi ikinci prezident Robert Koçaryanın həbs müddətinin daha 2 ay uzadılması haqda Yerevan şəhər məhkəməsində vəsatət qaldırıb.

ONN media  Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Koçaryanın vəkillər qrupunun nümayəndəsi bildirib.
Vəsatətə martın 13-də Yerevan məhkəməsində baxılacaq. Xatırladaq ki, məhkəmə bundan əvvəl XİK-in Koçaryanın həbs müddətinin uzadılması ilə bağlı müraciətini rədd etmişdi.