Liviyada son DURUM NECƏDİR?

Liviyada hərbi fəaliyyətlərin gedişində ən azı 147 nəfər ölüb, 614 nəfər xəsarət alıb.

ONN media xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı Tripolidəki xəstəxanalara yardım üçün cərrahlardan ibarət komanda göndərib.

Liviyada ikihakimiyyətlilik davam edir. Aprelin 4-də Liviya ordusunun komandanı feldmarşal Xəlifə Haftar Tripoliyə hücum keçdiyini bəyan edib. Baş nazir Faiz Sarac nəzarətində olan bütün qoşun bölmələrinə müdafiəyə hazır olmaq əmri verib.

Hazırda döyüşlər davam edir.