Məktəbdə 70-dən çox şagird zəhərləndi

Ukraynanın Çerkassı şəhərində məktəblərin birində 70-dən çox şagird zəhərlənib.

ONN media xəbər verir ki, şagirdlərdən 38-i xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, uşaqlar naməlum maddədən zəhərlənib. Xəstəxanaya yerləşdirilənlərin həyatına təhlükə olmadığı deyilir.

Hazırda zəhərlənmənin mənbəyi ilə bağlı araşdırma aparılır.