Məktəblərdə qripə görə KARANTİN

Ukraynanın Çerniqov vilayətində 100-dən çox orta məktəbdə qrip və kəskin respirator virus infeksiyasının yayılmasına görə karantin elan edilib.

ONN media xəbər verir ki, bu barədə Çerniqov vilayətinin Dövlət Administrasiyası məlumat yayıb.

Qeyd edək ki, yanvarın əvvəlindən Ukraynada qripdən beş nəfər dünyasını dəyişib.