Məşhur aparıcı doğum gününə bir gün qalmış qətlə yetirildi

Meksikanın tanınmış radio aparıcısı Xesus Ramos Rodriqes Tabasko ştatında kafelərdən birində səhər yeməyi yeyərkən qətlə yetirilib.

ONN media xəbər verir ki, məkana yaxınlaşan naməlum maşından düşən 3 nəfər şəxs jurnalistə atəş açıb. Cinayət işi ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, jurnalistin sabah 59 yaşı tamam olacaqdı. O, “Nuestra Region” radiosunun məşhur aparıcısıdır.(Qafqazinfo.az)