Məşhur iş qadını ölü halda tapıldı

Ankarada lüks idman salonlarının birində 70 yaşlı tanınmış iş qadını Songül Zülfikarın cəsədi tapılıb.

ONN media xəbər verir ki, Zülfikarın infarktdan öldüyü ehtimal edilsə də, meyiti tibbi ekspertizaya göndərilib. İş qadınının cəsədini saunada işçilərdən biri tapıb.

Qeyd edək ki, Songül Zülfikar 1984-cü ildə qurulan, avtomobil, inşaat, enerji, turizm, yanacaq terminalları, qida, ticarət mərkəzləri sahəsində xidmət göstərən “FTZ Grup”un iki rəhbərindən biridir