ONN İnformasiya Agentliyi

Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi
23 Yanvar 2019 - 17:11

Türk kinosunun məşhur aktrisası Ayşen Qruda vəfat edib.

ONN media xəbər verir ki, məşhur sənətçi müalicə olundğu Kağıthane Derindere xəstəxanasında dünyasını dəyişib.

Ayşen Qruda 1945-ci ilin 30 noyabr tarixində İstanbulun Yeşilköy səmtində anadan olub. O, Osmanlı imperiyası dövründə qərargah kimi istifadə edilən bir mülkdə, Erman ailəsinin ortancıl qızı kimi dünyaya gəlib. Atası maşinist olub. Uşaq yaşlarından istedadı ailəsi tərəfindən kəşf edilib. Orta məktəbdə oxuyanda atasını itirir və məktəbi buraxıb işləməyə başlayıb.

Tevfik Bilgenin qastrol teatrında peşəkar karyeraya atılıb. İlk dəfə 1962-ci ildə “Kongre Eğleniyor” adlı tamaşada xidmətçi qız rolunu oynayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png