ONN İnformasiya Agentliyi

Məşhur aktrisaya AĞIR İTKİ

Məşhur aktrisaya AĞIR İTKİ
08 İyun 2019 - 19:10

Beren Saat yaxın dostu Aykut Cömerti son mənzilə yola salıb.

ONN media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddətdir xərçəng xəstəliyi ilə mübarizə aparan fotoqraf və videoqraf Aykut Cömərtin bu gün dəfn mərasimi baş tutub.

Dəfn mərasiminə qatılanlar arasında Belçim Bilgin, Berfin Erdoğan, Didem Soydan, İlker Kaleli, Metin Hara, Mert Fırat və həyat yoldaşı İdil Fırat olub. Beren Saat isə cənazəyə boşanmaq üzrə olduğu deyillən Kenan Doğulu ilə birlikdə gəlib. Göz yaşlarına hakim ola bilməyən aktrisanı həyat yoldaşı sakitləşdirib.

Qeyd edək ki, Beren Saat uzun müddət xərçəng xəstəliyi ilə mübarizə aparan fotoqraf və videoqraf Aykut Cömertlə bağlı İnstaqram hesabında vida mesajı yazıb:

“İnsan həyatı boyu çox dost qazanır, amma zəkadaş tapmaq çətindir. Uğultunun ortasında bir cümlə ilə həyatına işıq tutanı tapmaq da çətindir. Ən qaranlığa qaçanda ittiham etmədən səninlə orada səssiz duranı, hətta səni gülüşə boğanı da tapmaq imkansızdır. Sənin üçün həmişə darıxacağam, canım dostum. Ulduzlarla mənim üçün də rəqs et”, – deyə aktrisa qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png