ONN İnformasiya Agentliyi

Məşhur aktyor Betmen rolunu canlandıracaq?

Məşhur aktyor Betmen rolunu canlandıracaq?
17 May 2019 - 23:08

Aktyor Robert Pattinson 2021-ci ildə çıxması nəzərdə tutulan Metta Rivzanın filmində Betmen rolunu canlandıracaq əsas namizəddir.

ONN media bildirir ki, aktyorun filmdə çəkilməsi üçün danışıqlar gedir. Belə ki, 32 yaşlı Robert Pattinson böyük ekranda superqəhramanı canlandıran ən cavan aktyor ola bilər. Ancaq “Warner Bros” kinokampaniyası bu məlumatı ictimailəşdirmir.

Qeyd olunur ki, filmin çəkilişləri cari ilin son aylarına təsadüf edəcək.

Əvvəllər Robert Pattinson “Yaxşı vaxtlar”, “Kosmopolis” kimi filmlərdə çəkilib. Müxtəlif illərdə çəkilən Betmen roluna isə Adam Vest, Maykl Kiton, Corc Kluni, Vel Kilmer, Kristian Beil, və Ben Aflek kimi aktyorlar dəvət alıb.(azertac)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png