MARAQLI HADİSƏ – Qızdan “hə” cavabı aldı sonra isə…

Nyu-York polisi nişan üzüyünü əlindən kanalizasiyaya salan oğlanı axtarır.

ONN media ölkə.az -a istinadən xəbər verir ki, oğlan sevgilisinə evlilik təklifi edib. Hə cavabı alan oğlan sevindiyindən əlindən nişan üzüyünü yerə salıb. Kanalizasiya dəliyinə düşən üzüyü polis tapıb. Sosial şəbəkədə elan paylaşan polis üzüyün təmizləndiyini və öz sahibini gözlədiyini qeyd edib.

“Bu həm kədərli, həm də gülməli hadisədir. Qocalanda nəvələrinə danışmağa hekayələri olacaq”, deyə istifadəçilərdən biri yazıb.

Digər istifadəçi isə “indi onların hər mübahisəsi:ən azı mən nişan üzüyün kanalizasiyaya salmadım” sözləri ilə bitəcək”, deyə hadisəyə şərh yazıb.