ONN İnformasiya Agentliyi

Nazarbayev Mövlud Çavuşoğlu ilə görüşdü

Nazarbayev Mövlud Çavuşoğlu ilə görüşdü
24 May 2019 - 20:48

Elbası Nursultan Nazarbayev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

ONN media xəbər verir ki, görüş zamanı Nursultan Nazarbayev Türk Şurası çərçivəsində dövlətlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər beynəlxalq və regional gündəliyin aktual məsələlərini də müzakirə ediblər.

Türk dünyasının inkişafı üçün xüsusi xidmətlərinə görə Türk Şurasına üzv ölkələrin başçılarının qəbul etdikləri qərara əsasən, Nursultan Nazarbayevə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fəxri prezidenti statusu verilib.

Nursultan Nazarbayev türk xalqları arasında əlaqələri inkişaf etdirmək və gücləndirmək üçün bundan sonra da lazımi dəstək verəcəyini bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png