Paşinyan və Sərkisyandan əks təyinat

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanın anası Marqarita Azaryan Ermənistan prezidentinin köməkçisi təyin edilib.

ONN media xəbər verir ki, bu məlumatı Ermənistan prezidentinin rəsmi saytı yayıb.

Qeyd edək ki, Azaryan aprelin 2-də Ermənistan Baş naziri Nikol Paşinyanın apardığı islahatlar nəticəsində vəzifəsindən azad edilmişdi. O bundan öncə baş nazir administrasiyasında Kadrlar Şöbəsinin rəhbəri kimi çalışıb.