ONN İnformasiya Agentliyi

Prezident Administrasiyası: Türkiyə Azərbaycanın ağrı-acısını heç vaxt unutmayacaq

Prezident Administrasiyası: Türkiyə Azərbaycanın ağrı-acısını heç vaxt unutmayacaq
20 Yanvar 2019 - 21:02

Türkiyə Azərbaycanın ağrı-acısını heç vaxt unutmayacaq.

ONN media xəbər verir ki, bunu 20 Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsində Türkiyə Prezidenti Administrasiyasından deyiblər.

Qeyd olunub ki, Türkiyə ölkəsinin müstəqilliyi üçün canını qurban vermiş qardaş Azərbaycanın oğul və qızlarını heç vaxt unutmayacaq:

“20 Yanvar faciəsindən 29 il keçməsinə baxmayaraq, bu yara Azərbaycan və Türkiyə xalqlarının yaddaşında hələ də təzədir”.

Administrasiyadan onu da bildiriblər ki, Türkiyə həmişə və bütün məsələlərdə Azərbaycanı dəstəkləyir: “Təbii ki, Azərbaycan da Türkiyəni hər zaman dəstəkləyib və dəstəkləyir”.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png