ONN MEDİA

Qarabağda keçiriləcək ümumerməni oyunlarının məşəli Türkiyədə yandırıldı-VİDEO

Qarabağda keçiriləcək ümumerməni oyunlarının məşəli Türkiyədə yandırıldı-VİDEO
12 İyun 2019 - 15:47

Avqust ayında Azərbaycan  torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin təşkilatçılığıyla keçiriləcək ümumerməni oyunlarının məşəli Türkiyənin Xatay vilayətindəki Musadağ deyilən məkanda yandırılıb.

ONN media xəbər verir ki, separatçı erməni nəşrlərinin yaydığı məlumata görə,  oyunların bir qrup nümayəndə heyəti  1355 metr hündürlüyü olan Musadağın ətəyində yerləşən Vaqif kəndindəki erməni kilsəsində Ermənistan və “Artsax” bayraqlarının fonunda məşələ od vurublar. Onların arasında Paşinyanın “Mənim addımım” hərəkatına məənsub deputatlar da olub.

Qeyd edək ki, ermənilər guya qədim “Kilikiya Ermənistanı” ərazisində yerləşən Musadağı 1915-ci ildəki qondarma “erməni soyqırımı” zamanı  “qəhrəman müqavimət məkanı” kimi qələmə verirlər…moderator.az

 


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP