ONN İnformasiya Agentliyi

Rusiya Xəzərdəki donanmasını ayağa qaldırdı- Nə baş verir?

Rusiya Xəzərdəki donanmasını ayağa qaldırdı- Nə baş verir?
25 İyun 2019 - 11:19

Rusiyanın Xəzər donanmasında qəfil döyüş hazırlığı yoxlanılmalarına başlanılıb.

ONN media xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Məlumata görə, yoxlamalar zamanı dəniz, sahil və hava hədəflərinə raket və artilleriya atışları həyata keçirilib.

Ümumilikdə yoxlamalarda 35 hərbi gəminin iştirakı nəzərdə tutulub. Təlimdə iştirak edəcək gəmilər sırasında “Tatarıstan” raket gəmisi, “Həştərxan”, “Qrad Sviyajsk”, “Uqliç”, “Volqodonsk”, “Mahaçqala” kiçik raket və artilleriya gəmiləri yer alıb.

Qeyd edək ki, Rusiya dünəndən etibarən Mərkəz və Cənub hərbi dairələrində də qəfil döyüş hazırlığı yoxlamalarına başladığını bəyan edib.

 

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png