Sərnişin avtobusu gülləbaran edildi

Slovakiyanın paytaxtı Bratislavada minik avtomobilinin sürücüsü sərnişin avtobusunu atəşə tutub.

ONN media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şəhər polis idarəsinin “Facebook” səhifəsində məlumat yerləşdirilib.

Bildirilib ki, avtobusun sürücüsü yüngül xəsarət alıb, sərnişinlərdən isə zərərçəkən olmayıb.