ONN İnformasiya Agentliyi

Saakaşviliyə Baş nazir postu təklif edildi – Gözlənilməz

Saakaşviliyə Baş nazir postu təklif edildi – Gözlənilməz
15 İyul 2019 - 23:48

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Moldova Baş naziri Maya Sandunun Kişinyovdakı “islahatçılar komandasına başçılıq etmək” təklifindən imtina edib.

ONN media xəbər verir ki, o, bunu canlı yayım zamanı bəyan edib.

“Hələ onun sələfi və onun bəzi yoldaşları də mənə hətta Moldovanın Baş naziri olmağı belə təklif etmişdilər. Mən bu təklifə belə cavab verdim ki, mən dəvət əsasında çalışan Baş nazir deyiləm. Moldovanlara hörmət edirəm, lakin mən yaşadığım yerdəcə oğrularla mübarizə aparacağam”, – o qeyd edib.

M.Saakaşvili deyib ki, “onun komandasından olan uşaqlar”, həqiqətən də, Kişinyova gedə bilərlər, lakin o, Kiyevdə qalaraq, Ukraynadakı siyasi mübarizədə iştirak etməyi üstün tutur.     /Oxu.az/

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png