Selena Qomez buna görə dünyada liderdir

Amerikalı aktrisa-müğəni Selena Qomez instaqramda real “like” sayına görə dünya üzrə liderdir.

ONN media xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, “Hype Auditor” platformasının ekspertləri tərəfindən aparılan araşdırmanın hesabatında bildirilir ki, 151 milyon izləyicisi olan Selenanın hər fotosu ortalama 4, 6 milyon insan tərəfindən bəyənilir. Onların 58 faizi xanımlar, 14 faizi isə hindilərdir.