Soçidə Putinlə Pompeonun görüşü başladı

Rusiya prezidenti Vladimir Putinlə ABŞ dövlət katibi Mayk Pompeonun görüşü başlayıb.

ONN media “TASS” agentliyinə istinadən xəbər verir ki, prezidentin yay iqamətgahında keçirilən görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edir.

Bildirilir ki, görüş əsnasında ötən gün aparılan danışıqlarla bağlı dövlət katibinin Rusiya prezidentini məlumatlandıracağı gözlənilir.