ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: 7,3 bal gücündə zəlzələ baş verdi, şəhər boşaldıldı

SON DƏQİQƏ: 7,3 bal gücündə zəlzələ baş verdi, şəhər boşaldıldı
24 İyun 2019 - 10:14

İndoneziyada güclü yeraltı təkanlar qeydə alınıb.

ONN media publika -ya istinadən xəbər verir ki, Maluku əyalətində 7,3 bal gücündə zəlzələ baş verib.

İndoneziya Meteorologiya, İqlim və Goefizika Qurumu bildirib ki, zəlzələnin episentri Maluku bölgəsindən 245 km uzaqda, yerin 231 km dərinliyində olub.

Qurum zəlzələdən sonra sunami xəbərdarlığı etməyib.

Zəlzələnin tələfata səbəb olması ilə bağlı məlumat verilməyib.

ABŞ Geoloji Araşdırmalar Mərkəzi də zəlzələnin 7,3 bal gücündə olduğunu təsdiq edib.

Qeyd edək ki, İndoneziyada baş verən zəlzələ Avstraliyanın Darvin şəhərində hiss olunub. Şəhərin mərkəzində yerləşən hündür binalar təcili şəkildə boşaldılıb.

Həmçinin Papua -Yeni Qvineyada da 6,0 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin episentri Orta Mamberamo bölgəsinin 48 km cənub-şərqində, yerin 15 km dərinliyində olub.

Yeraltı təkanların tələfata səbəb olması ilə bağlı məlumat verilməyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png