ONN İnformasiya Agentliyi

Şri-Lankada daha bir partlayış

Şri-Lankada daha bir partlayış
22 Aprel 2019 - 15:04

Şri-Lankanın paytaxtı Kolomboda yenidən partlayış baş verib.

ONN media xəbər verir ki, partlayış kilsənin yaxınlığındakı yük maşınına yerləşdirilmiş partlayıcı qurğu zərərsizləşdirilərkən baş verib. Partlayış nəticəsində xəsarət alanlar barədə hələ məlumat yoxdur.

Qeyd edilir ki, həmin kilsə ötən gün partlayış baş vermiş kilsədir.

Xatırladaq ki, ötən gün Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib.

Partlayışlar nəticəsində ölənlərin sayı 262-ə çatır.

Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png