Tacikistanda həbsxanada qiyam – 32 nəfər ÖLDÜ

Tacikistanın paytaxtı Düşənbənin şərqində yerləşən Vakhdat həbsxanasında qiyam baş verib.

ONN media xəbər verir ki, üsyan  zamanı 3-ü nəzarətçi, 24-ü İŞİD üzvü olmaqla azı 32 məhbus ölüb. Tacikistanın Ədliyyə Nazirliyindən verilən məlumata görə, 5 məhbus və 3 nəzarətçi digər məhbuslar tərəfindən, qalan məhkumlar isə təhlükəsizlik qüvvələrinin müdaxiləsi zamanı öldürülüb.

İnsidentdən əvvəl üzərində bıçaq və kəskin alətlər olan 30 məhkum 3 nəzarətçini əsir götürübmüş.

Ölənlərin kimliyi hələlik açıqlanmır. Polis həbsxanada vəziyyətin nəzarətə götürüldüyünü bildirib.(qafqazinfo.az)