Ticarət mərkəzində partlayış – 6 nəfər…

Hindistanın şimal-şərqində, Quvaxati şəhərində partlayış olub.

ONN media xəbər verir ki, hadisədə 6 nəfər yaralanıb, 2-nin vəziyyəti ağırdır.

Terrorçuların ticarət mərkəzinə qumbara atdığı bildirilir. Partlayışa görə məsuliyyəti “Assamanın azadlığı cəbhəsi” terror qruplaşması öz üzərinə götürüb.

Ərazi polis tərəfindən nəzarətə alınıb.