ONN İnformasiya Agentliyi

Tramp Türkiyəyə səfər edəcək?

Tramp Türkiyəyə səfər edəcək?
19 Aprel 2019 - 12:15

Rəsmi Ankara ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfər edəcəyinə ümid edir.

ONN media xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

İ.Kalın bildirib ki, Ankarada D.Trampı qəbul etməyə hazır olduqlarını dəfələrlə bəyan ediblər və Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatlar liderini şəxsən Türkiyəyə dəvət edib.

O əlavə edib ki, ABŞ Prezidenti Administrasiyasından D.Trampın cari il ərzində Türkiyəyə səfərini istisna etmirlər.

Rusiyadan S-400 zenit-raket komplekslərinin alışına gəlincə, İ.Kalın qeyd edib ki, Ankara müvafiq qərarı milli maraqlardan çıxış edərək qəbul edib:

“Rusiya istehsallı S-400-lər NATO üçün heç bir təhdid doğurmur və ABŞ da bunu çox gözəl anlayır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png