Turistlərin olduğu iki hava şarı yerə çırpıldı – VİDEO

Avstraliyanın Melburn şəhərində 5 dəqiqə arayla iki hava şarı qəzaya uğrayıb.

ONN media xəbər verir ki, hadisə zamanı şarların göyərtəsində 17 turist və iki pilot olub. Lakin möcüzə nəticəsində tələfat qeydə alınmayıb. 3 nəfər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Şarlardan biri mərkəzi yolun yaxınlığına digəri isə tarlaya düşüb. Pilotlar manevr edərək, şarların sürətlə yerə çırpılmasına mane olub. Hər iki hadisənin səbəbləri araşdırılır.(Metbuat.az)