Türkiyə ordusu İTKİ VERDİ: 2 şəhid, 2 yaralı

Türkiyənin Tunceli bölgəsində PKK terror qruplaşması üzvləri ilə türk əsgəri arasında baş verən atışmada 2 əsgər şəhid olub.

ONN media xəbər verir ki, ötən gün axşam saatlarında davam edən antiterror əməliyyatları çərçivəsində bir qrup terrorçunun yeri müəyyən edilib. Təhlükəsizlik orqanlarının “təslim ol” çağırışına terrorçular atəşlə cavab verib. Baş verən atışmada 4 əsgər yaralanıb. Yaralılar helikopterlə Tunceli xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, əsgərlərdən 2-sinin həyatını xilas etmək mümkün olmayıb.

Bölgədə antiterror əməliyyatları davam etdirilir.