ONN İnformasiya Agentliyi

Türkiyə niyə S-400-dən imtina edə bilmir? – ŞOK DETALLAR

Türkiyə niyə S-400-dən imtina edə bilmir? – ŞOK DETALLAR
14 İyun 2019 - 13:55

“S-400-ü aldıq. Razılaşmanı ləğv etməyimiz mümkün deyil. Nəticəsi nə olarsa-olsun”.

ONN media xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Anadolu Agentliyinin canlı yayımlanan brifinqində gündəmlə bağlı açıqlamalar verən nazir bildirirb ki, Türkiyə azad və müstəqil olmaq üçün qətiyyətini davam etdirəcək:

“ABŞ “Patriot”lar üçün təminat vermir. Fransızlar öz müdafiə sistemlərini təklif etdilər. Ancaq biz S-400-ləri aldıq. S-400 məsələsində qətiyik. Geri addım atmayacağıq. Türkiyənin mənfəəti üçün bu addımı atmaq məcburiyyətindəyik. Bir ölkənin təkbaşına başqa ölkələrə “al, ya da alma” şəklində təlimat verməsini qəbul etmirik. ABŞ bu yanaşmasından çəkinməlidir. Bu yanaşmadan avropalı müttəfiqləri də narahatdır. ABŞ bu haqqı haradan tapır?”.

Nazir qeyd edib ki, ABŞ-ın atacağı hər bir addım cavablandırılacaq.

“Bizim ən ehtiyacımız odluğu dövrdə Türkiyədən “Patriot” batareyaları çıxarıldı. Bizə hücum olunsa, NATO-nun müdafiə potensialı yoxdur”,- Çavuşoğlu qeyd edib.

Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan müdafiə kompleksi almasından narahatdır. Bu səbəbdən, Türkiyəyə sanksiayalar tətbiq edir və S-400 razılaşmasının nəticəsinin ağır olacağı ilə təhdid edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png