ONN İnformasiya Agentliyi

Ukraynada azərbaycanlılar körpəni yanan avtomobildən xilas etdilər

Ukraynada azərbaycanlılar körpəni yanan avtomobildən xilas etdilər
23 Yanvar 2019 - 19:33

Ümid və Sabir Şirinov qardaşları Ukraynanın Nikolayev şəhərində üç nəfəri yanan avtomobildən xilas etdikdən sonra əsl qəhrəmana çevriliblər.

ONN media xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. Zayçevskoye kəndinin yaxınlığında qoşqu yük maşınından qopub və üç nəfərdən ibarət ailənin içərisində olduğu minik avtomobilinə çırpılıb. Qəzadan dərhal sonra maşın alışıb. Ailəni xilas etmək mümkün olub – qadın və uşaq xəstəxanadadırlar.

Axşam saat 7 radələrində Şirinov qardaşları işdən qayıdan zaman yük maşınının arxası üstə çevrilmiş qoşqusunu görüblər. Onlar maşını saxlayıblar və diqqət yetiriblər ki, 40-50 metr aralıda aşmış avtomobil yanır və onun içindən uşaq çığırtısı eşidilir.

“Böyük qardaş Ümid yük maşınının sürücüsündən soruşub ki, nəyə görə dayanıb baxır və kömək göstərmir – yanan maşından uşaq səsi gəlir və başqa sərnişinləri də xilas etmək lazımdır – o cavab verib ki, artıq gecdir və həyatını təhlükəyə atmaq fikri yoxdur. Şirinov qardaşları özlərini itirməyiblər. Onlar anlayırdılar ki, hər bir saniyə qiymətlidir və həyatlarını təhlükə altında qoyaraq, yanan cipdən uşağı çıxarmağa tələsiblər. Maşının yan şüşələrini sındırsalar da, bir nəticə hasil olmayıb. Bu vaxt kiçik qardaş Sabir qışqırıb: “Gəl, arxadan yük yerinin qapısını sındıraq və maşına oradan daxil olaq”, – hadisə şahidləri danışırlar.

Bu dəfə onlar ağlayan uşağı və onun anasını avtomobildən çıxara biliblər: “Maşında ön oturacaqların arasında ailə başçısı qalmışdı. Onu çıxarmaq praktiki olaraq qeyri-mümkün idi, alov isə boru vasitəsilə sürətlə qaz balonuna yaxınlaşırdı. Hamı qışqırırdı ki, qaçın, indi partlayış olacaq. Şirinov qardaşları isə aşkar təhlükəyə baxmadan yük yerindən içəri daxil oldular, oturacaqları sındırdılar və kişini dartıb çıxardılar. O, huşsuz vəziyyətdə salonda ilişib qalmışdı”.

Ailə xilas ediləndən təxminən bir dəqiqə sonra maşındakı qaz balonu partlayıb.

Təcili yardım maşını ailəni xəstəxanaya aparandan sonra da Şirinov qardaşları sakitləşməyiblər və onların arxasınca gediblər. Uşağın sağalması üçün maddi yardım göstəriblər və bu günə kimi də ailəyə kömək edirlər. Şirinov qardaşlarının özləri də ailəlidirlər və hərəsinin iki uşağı var. Onlar Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayət şöbəsinin üzvləridir. (Virtualaz.org)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png