ONN İnformasiya Agentliyi

Whatsapp-ın qurucusundan XƏBƏRDARLIQ – Facebook…

Whatsapp-ın qurucusundan XƏBƏRDARLIQ – Facebook…
19 Mart 2019 - 3:11

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsinə çevrilən Vatsapın qurucusu Brian Akton qatıldığı mətbuat konfransında Feysbukla bağlı xəbərdarlıq edib.

ONN media publika.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl Tvitter səhifəsində belə bir açıqlama verən B.Akton bu dəfə gənclərin qarşısında çıxış edərkən Feysbuku silməyi məsləhət görüb. Akton bir müddətdir Feysbukun təhlükəsizliyi ilə bağlı şübhələrin gündəmə gəlməsindən sonra bu çağırışı edib. O, istifadəçilərə şəxsi məlumatlarını qorumaq üçün Feysbuku silməyi məsləhət görüb.

Qeyd edək ki, 2014-cü ildə 21 milyard dollar qarşılığında B.Akton Vatsapı Feysbukun qurucusuna satıb. Bu satışdan sonra Akton zəngin biri olub. Lakin B.Akton Feysbuk barədə heç vaxt yaxşı fikirlər səsləndirməyib.

O, şirkətini satmaq qərarını 50 işçinin həyatını düşünərək verdiyini deyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png